Ən Çox Yaşayan İtlər

Dunyanin en cox yasayan itleri hansilardir? Itler en cox yasayan heyvanlar deyiller. En cox yasayan itler arasinda Pudil ilk sirada gelir. En cox yasayan it novleri - cinsleri haqqinda melumat.

dunyanin en cox yasayan itleri

Bu yazıda dünyanın ən çox yaşayan itləri haqqında yazacağıq. İtlərin ortalama ömrü 15 il sayılsa da, bəzi it növləri, digər itləri nəzərən da çox yaşaya bilirler.

İtlər ən çox yaşayan heyvanlar olamasada, dünyanın ən çox yaşamış iti Max adında, Beagle, Terrier ve Dacshsund it növlərinin qarışığı olub. Bu it növləri dünyanın ən çox yaşayanlar itləri olaraq da bilinir.
Yüngül çəkili, 4-11 kilo arasındakı balaca itlərin daha uzun yaşadığı bilinir. Ancaq bəzək iti kimi tanınan ən kiçik növlərə bu aid deyil.


Pudil
Pudil

Ən uzun yaşayan it növləri sırasında ilk yeri Pudil (Poodle) tutur. 15 ildən çox yaşayan bu itlərə, yaxşı baxıldığında 25 yaşa qədər yaşaya bilirlər.

Çixuaxua
Cixuaxua

İkinci Sırada isə Çixuaxua (Chihuahua) cinsi gəlir. Orta hesabla 18 il yaşayan bu it növü, başqa itlərdən fərqli olaraq, genetik xəstəliklərdən çox da əziyyət çəkmirlər. Bu itlərin genetik xəstəlikləri arasında, diz qapağının çıxıntıları, qan şəkərinin aşağı olması və diş problemləri yer alir. Bu xəstəliklər ölümcül olmadıqlarına görə Çixuaxua cinsləri uzun yaşayırlar.

Lhasa Apso
Lhasa Apso

Üçüncü sırada isə Lhasa Apso cinsi gəlir. 18 yaşından daha çox yaşaya bilən bu it cinsinin ən yaşlı nümayəndəsi 29 yaşında ölüb.

Pug
Pug

Dördüncü ən çox yaşayan it Pug növüdur. Puglar 15-18 yaşına qədər yaşaya bilirlər. Çox yemək yeməyə meyilli olan Pug növü, tənəffüs yolu xəstəliklərinə qarşı həssasdır. Bunlardan başqa çoxda problemli it növləri deyillər.

Beagle
Beagle

Beşinci yerdə ən çox yaşayan it növlərinindən olan Beagle gəlir. 15 yaşdan daha çox yaşaya bilən bilən Beagle növünün ən yaşlı nümayəndəsi yaxın illərdə 29 yaşında ölüb.

Maltese Terrier
Maltese Terrier

Altıncı sırada Maltese Terrier gəlir. Bu itlər balaca və son dərəcə şirindirlər. Malta iti olaraq da bilinən bu növ genetik xəstəliklərinin çox olmamasına görə 15 yaşdan daha uzun yaşaya bilir.

Pomeranian
Pomeranian

Yeddinci sıramızda balaca, tükləri qırxıldıqda ayıya oxşayan, Dog Boo (Boo iti) adı ilə də tanınan, internetin ən məhşur it növlərindən biri olan Pomeranian növü gəlir. Dünyanın ən şirin və bəyəninlər itlərindən biri olan Pomeranian 15 yaşına qədər yaşaya bilir. Ən böyük xəstəliyi diz qapağı çıxıntısıdır.

Boston Teryer
Boston Teryer

Səkkizinci ən çox yaşayan itimiz olan Boston Teryer (Boston Terrier) 15 yaşına kimi yaşaya bilir. Burnu düz olduğu üçün tənəffüz yolları xəstəliklərinə qarşı həssas olsada, ömrünü qısalda biləcək problemləri yox deyə biləcək qədər azdır. Boston Terriernin bir digər problemi isə göz xəstəlikləridir.

Limuzin iti
Limuzin iti

Doqquzuncu sıramızda, ölkəmizdə də populyar olan, sosiska iti, limuzin iti, uzun it kimi tanınan Dachshunds növüdür. Bu it növü 14 yaşına qədər yaşaya bilsədə, ən qoca nümayəndəsi 24 yaşında ölüb.

Minyatur Schnauzer
Minyatur Schnauzer

Ən çox yaşayan itlər adlı yazımızın son sırasında isə Schnauzer cinsi gəlir. Bu növ 14 yaşına qədər yaşasada, qocaldıqları zaman belə aktiv, hərəkətli, loru dildə desək yerində durmur.

Əgər it almaq haqqında düşünür və uzun ömürlü olmağını istəyirsinizsə, siyahımız sizə kömək edə bilər.

Şərhlər

Name

ev itleri it adlari it baximi it hucumlari it xestelikleri itlerin heyati itlerin tarixi qoruma veterinarlar ucun zeherlenme
false
ltr
item
Ev Itleri: Ən Çox Yaşayan İtlər
Ən Çox Yaşayan İtlər
Dunyanin en cox yasayan itleri hansilardir? Itler en cox yasayan heyvanlar deyiller. En cox yasayan itler arasinda Pudil ilk sirada gelir. En cox yasayan it novleri - cinsleri haqqinda melumat.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhv2KTquNNaLiZTxOliy7hJrc25znIgFPd6QiTP6_yO9LxKzH7TrVNFHZ16jThxXDeFCCTFd0hauL0dkM4AdcGpIzipkywCSnsKaZ0ChcEiHp1GDVJxZIqFBq5ZvZokIu-U_r_ix4aynFk/s320/en+cox+yasayan+itler.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhv2KTquNNaLiZTxOliy7hJrc25znIgFPd6QiTP6_yO9LxKzH7TrVNFHZ16jThxXDeFCCTFd0hauL0dkM4AdcGpIzipkywCSnsKaZ0ChcEiHp1GDVJxZIqFBq5ZvZokIu-U_r_ix4aynFk/s72-c/en+cox+yasayan+itler.png
Ev Itleri
https://evitleri.blogspot.com/2016/05/en-cox-yasayan-itler.html
https://evitleri.blogspot.com/
https://evitleri.blogspot.com/
https://evitleri.blogspot.com/2016/05/en-cox-yasayan-itler.html
true
2479659198779348762
UTF-8
Yazı Mövcud Deyil Hamısına Bax Ardını Oxu Cavab Cancel reply Sil By Əsas Səhifə Səhifələr Yazılar Hamısına Bax Maraqlı Gələ Bilər Etiket Arxiv SEARCH Bütün Yazılar Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 dəqiqə əvvəl $$1$$ minutes ago 1 saat əvvəl $$1$$ hours ago Dünən $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago İzləyicilər İzlə THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy
},